Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu, işçilərin say həddi və əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin strukturu” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun strukturu” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” aparatının işçilərinin say həddi 120 ştat vahidi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun işçilərinin say həddi 670 ştat vahidi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun işçilərinin say həddi 221 ştat vahidi təsdiq edilsin.
5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi” aparatının işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər)” təsdiq edilsin (əlavə olunur).
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nun və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nun işçilərinin aylıq tarif (vəzifə) maaşlarının məbləği büdcədən maliyyələşdirilən sahələr üçün təsdiq edilmiş müvafiq Vahid Tarif Cədvəli əsasında Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına uyğun olaraq müəyyən edilsin.
7. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin stimullaşdırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 210 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 783 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nda və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nda çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarına bu Qərarın 2 nömrəli əlavəsinə uyğun əlavə təyin etsin.”;
7.2. 1 nömrəli əlavə ləğv edilsin;
7.3. 2 nömrəli əlavənin adı aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi”nin “Bitkiçilik Elmləri İnstitutu”nda və “Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu”nda çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavə.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 29 ” “ oktyabr ” 2026-cı il


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
Media və Yayım Şurasında Azərbaycan-Liberiya media əməkdaşlığının genişləndirilməsi vurğulanıb
Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub
Ölkə ərazisində 2026-cı il noyabr ayına olan hava proqnozu
Oktyabrın 31-də gözlənilən hava şəraiti
Nazir Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edəcək
Həyat - qorunmalı ən böyük nemət, yaşadılmalı ən ali dəyər
Ceyhun Bayramov TDT-nin 13-cü Zirvə görüşündə iştirak edir
"Azərbaycan-Gürcüstan əməkdaşlığı tərəfdaşlığın əsas sütunlarındandır" - Kobaxidze
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
Əli Əsədov İrakli Kobaxidze ilə görüşüb
Oktyabrın 30-u saat 9:00-a olan faktiki hava
Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
Vətən müharibəsinin 34-cü günü: Azad edilən kəndlər, bərpa olunan sərhəd və Zəfərə aparan yol
Nazir Yumaklı: Beştəpə Milli Meşəsi Türk dünyasının birlik ruhunu yaşadacaq
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb