Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib


Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə namizədlərin adları məlum olub. Bununla bağlı parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçirilən iclasında sədri Zahid Oruc məlumat verib Onun sözlərinə görə, bu vəzifəyə üç namizəd irəli sürülüb. Onlar hazırkı ombudsman Səbinə Əliyeva, Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva və Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayevdir. Komitə sədri hər üç namizədin əmək fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdırıb.