Əminə Ərdoğan Respublika Günü və Türk Dövlətləri Zirvəsi münasibətilə keçirilən rəsmi şam yeməyi ilə bağlı paylaşım edib
![]()
Əminə Ərdoğan 29 Oktyabr Respublika Günü və Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsi münasibətilə səfərdə olan dövlət və hökumət başçıları və onların nümayəndə heyətləri üçün təşkil etdiyi rəsmi şam yeməyi ilə bağlı paylaşım edib. Əminə Ərdoğan sosial media hesabında paylaşım edərək bunları bildirib:"Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısı çərçivəsində ölkəmizə səfər edən liderlər və onların hörmətli həyat yoldaşları ilə rəsmi şam yeməyində bir araya gəldik. Cümhuriyyətimizin 103-cü ildönümünü qeyd etməyin sevincini dəyərli qonaqlarımızla bölüşdük. Ümid edirəm ki, Zirvə Toplantısı türk dünyasının gələcəyinə istiqamət verəcək və qardaş ölkələrimiz arasında həmrəyliyi daha da gücləndirəcək."Paylaşımda şam yeməyindən fotolar da yer alıb.