Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl nazir Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla yad edib.Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Nazir Anar Əliyev özünüməşğulluq proqramı çərçivəsində Şuşa şəhər sakini Zeynalov Kamil Babək oğlu üçün qurulmuş kiçik təsərrüfat sahəsinə baxış keçirib.
Proqramın dəstəyi ilə Kamil Zeynalov üçün “Səyyar kofe evləri” istiqaməti üzrə zəruri aktivlər təqdim edilməklə kiçik biznes qurulub. O, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Şuşada 27 şəxs üçün kiçik təsərrüfatlar qurulub.









Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Media və Yayım Şurasında Azərbaycan-Liberiya media əməkdaşlığının genişləndirilməsi vurğulanıb
Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub
Ölkə ərazisində 2026-cı il noyabr ayına olan hava proqnozu
Oktyabrın 31-də gözlənilən hava şəraiti
Nazir Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edəcək
Həyat - qorunmalı ən böyük nemət, yaşadılmalı ən ali dəyər
Ceyhun Bayramov TDT-nin 13-cü Zirvə görüşündə iştirak edir
"Azərbaycan-Gürcüstan əməkdaşlığı tərəfdaşlığın əsas sütunlarındandır" - Kobaxidze
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
Əli Əsədov İrakli Kobaxidze ilə görüşüb
Oktyabrın 30-u saat 9:00-a olan faktiki hava
Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
Vətən müharibəsinin 34-cü günü: Azad edilən kəndlər, bərpa olunan sərhəd və Zəfərə aparan yol
Nazir Yumaklı: Beştəpə Milli Meşəsi Türk dünyasının birlik ruhunu yaşadacaq
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb