lider-media.az

TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Baxış: 223 Tarix: 22-01-2025, 13:09

Yanvarın 22-də ölkəmizdə səfərdə olan TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Nümayəndə heyətləri əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə tər güllər düzüblər.İclas iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüblər, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Sonra nümayəndə heyətləri, 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı iclas iştirakçılarını Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov və Musa Quliyev, həmçinin deputatlar Heydər Əsədov, Rəşad Mahmudov və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi