lider-media.az

Hulusi Akar Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Baxış: 143 Tarix: 29-01-2024, 13:21


Türkiyə Böyük Millət Məclisinin (TBBM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-da Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.

Sonda Hulusi Akar “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi