Lider-Media.az xəbər verir ki,Beyləqanda Vətən müharibəsi şəhidi Pərvin Əliyevin ad günü münasibətilə xatirəsinə həsr olunmuş futbol turniri keçirilib. Turniri Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev,hüquq–mühafizə orqanlarının rəhbərləri,RİH aparatının müavini və şöbə müdirləri,şəhid ailələri,qazilər və qəsəbə sakinləri də izlədilər.
Qəhrəmanlı qəsəbə stadionunda baş tutan turnirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əməkdar bədən tərbiyəsi və idman xadimi Rizvan Ələkbərovun və şəhid Pərvin Əliyevin valideynlərinin təşəbbüsü ilə keçirilən turnirdə Beyləqanın “Mil” və Masallının “Ərkivan” komandaları final mərhələsində qarşılaşdı. Turnir bərabər hesabla başa çatdı.
Sonda komanda üzvləri İcra başçısı Əziz Əzizovun iştirakı ilə hədiyyə və diplomlatla mükafatlandırıldı.