Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİH başçısı YAP rayon təşkilatının sədri,hüquq-mühafizə orqanlarının rəhbərləri,RİHB-nın müavini və şöbə müdirləri ilə birgə Təzəkənd kəndində Vətən müharibəsi şəhidləri-Balacayev Qərib Nəsib oğlu və Yunisli Ruslan Elçin oğlunun ailələrini ziyarət edib, ehsan süfrəsində iştirak ediblər.
Lider-Media.az xəbər verir ki, icra başçısı Əziz Əzizov şəhidlərin ailələrinə dərin hüznlə baş sağlığı verərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti, həmçinin rəşadətli ordumuzun peşəkarlığı nəticəsində torpaqlarımızda separatizmin kökü kəsilib. Vətən Övladlarının qanının yerdə qalmadığını, bu gün Qarabağın azadlığının məhz onların əsəri olduğunu vurğlayan RİH başçısı Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu bildirib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirib, şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.