lider-media.az

Misir Ərəb Respublikası Senatının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Baxış: 172 Tarix: 26-05-2025, 15:42

Ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razekin başçılıq etdiyi nümayəndə heyəti mayın 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə önünə əklil qoyub, gül dəstələri düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Misir Ərəb Respublikası Senatının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edibMisir Ərəb Respublikası Senatının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edibMisir Ərəb Respublikası Senatının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edibMisir Ərəb Respublikası Senatının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi