lider-media.az

“Caspian Agro” sərgisində iştirak edən xarici nümayəndə heyətləri Fəxri və Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət ediblər

Baxış: 182 Tarix: 15-05-2025, 14:01

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2025) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Dövlət naziri Bilal Azhar Kayani, Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze, Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi yüksək səviyyəli rəsmilərdən ibarət nümayəndə heyətləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Nümayəndə heyəti həmçinin Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər. Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Ziyarətlər zamanı nümayəndə heyətini Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və digər rəsmi şəxslər müşayiət ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi