lider-media.az

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

Baxış: 1138 Tarix: Сегодня, 13:36

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib. Bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir: “Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, məni və Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

8 Noyabr xalqımız üçün torpaqlarımızın azad olunmasını və 30 ilə yaxın davam edən işğala son qoyulmasını təcəssüm etdirən əlamətdar bir gündür.Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Keçən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız əbədi dostluğumuzun və qardaşlığımızın daha bir təzahürü oldu”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi