lider-media.az

Türk dövlətləri parlamentlərinin nümayəndə heyətləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Baxış: 329 Tarix: 15-04-2025, 13:22


Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin  müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan qonaqlar aprelin 15-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və digər rəsmi şəxslər müşayiət ediblər. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi