lider-media.az

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Baxış: 643 Tarix: 17-06-2025, 20:59

 

Ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanın başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, gül dəstələri düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, parlamentin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov və digər rəsmi şəxslər müşayiət ediblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi