lider-media.az

Pakistan İslam Respublikası Milli Assambleyasının nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Baxış: 8142 Tarix: 7-07-2025, 15:15

Ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının  sədri  Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, tər çiçəklər düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmallədin Qafarov və digər rəsmi şəxslər müşayiət ediblər. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi