lider-media.az

Avropa Parlamentinin deputatı Şuşada olub

Baxış: 168 Tarix: 15-05-2024, 19:56

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin deputatı Xaviyer Nart mayın 15-də Şuşa şəhərində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Şuşa şəhərinə gələn qonağa şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, tarixi abidələrin bərpası, nəzərdə tutulan planlar, sakinlərin öz doğma yerlərinə qayıdışı prosesinə başlanıldığı barədə məlumat verilib.

Qonaq Şuşada nümayəndəliyin inzibati binasında, Şəhər Meydanında, Vaqifin məqbərəsində, Cıdır düzündə olub, Şuşanın Qala divarlarını seyr edib. Avropalı deputata bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəlki dövrlərdə olduğu kimi möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Qeyd edək ki, Avropa Parlamentinin deputatını Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi