lider-media.az

Brüsseldə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Baxış: 334 Tarix: 13-05-2024, 10:20

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin və "Azərbaycanlı Tələbələr və Məzunlar Platforması" İctimai Birliyinin (ASAP) təşəbbüsü ilə Brüssel şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Lider-media.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinin əməkdaşı Tamerlan Babayev müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb.

Tədbir zamanı Belçikada təhsil alan azərbaycanlı gənclərlə birlikdə Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik irsi və gənclərin inkişafı üçün gördüyü işləri müzakirə edilib, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

ASAP nümayəndələri təşkilatın yeni layihələri və şəbəkələşmənin təmin olunması istiqamətində fəaliyyətlə bağlı məlumat verdilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi