Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.
Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, sessiyada çıxışı zamanı S.Əliyeva biznes və insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. Eyni zamanda, müvafiq sahədə milli qiymətləndirmə sənədinin cari il hazırlanaraq BMTİP-yə təqdim edildiyi və bu istiqamətdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub.
Müvəkkil BMT tərəfindən qəbul edilmiş “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası üzrə aparılan işlərdən də bəhs edib.
S.Əliyeva, həmçinin Azərbaycanda müvafiq sahə ilə bağlı perspektivlərin və müsbət təcrübələrin öyrənilməsi məqsədilə geniş məsləhətləşmələrin, müzakirələrinin həyata keçirildiyini, bu sahədə insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində təşəbbüslərin davam etdirildiyini bildirib.
Sessiya çərçivəsində biznes fəaliyyəti üzrə insan hüquqları ilə bağlı mövcud tendensiyalar və çağırışlar müzakirə edilib, milli insan hüquqları təsisatlarının bu istiqamətdə müsbət təcrübələri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində S.Əliyeva BMT-nin İnkişaf Proqramının biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüşüb. Görüşdə biznes və insan hüquqları sahəsində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
Milli Məclisin növbəti plenar iclası keçirilib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Görkəmli alim, nəcib və xeyirxah insan, qayğıkeş ana
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər