Mayın 4-də Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Lider-media.az xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el-obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb. Bildirib ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir.
Konfransda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycana aid fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.
Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Qərbi Azərbaycana qayıdış indiki Ermənistan ərazisindən deportasiya olunmuş həmvətənlilərimizin mənəvi və hüquqi haqqıdır. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Qərbi Azərbaycan mövzusunu yenidən gündəmə gətirib və bu hadisəyə hüquqi-siyasi qiymət verib.
"Son 300 illik tarixdə Azərbaycan torpaqları zamanla itirilmişdi. Amma Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu mənfi tendensiyalar sona çatdı”, - deyə Zahid Cəfərov vurğulayıb.
Konfransa onlayn qoşulan Ukrayna Milli Universiteti Odessa Hüquq Akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev bildirib ki, azərbaycanlıların son illərdəki fəaliyyəti dünya ictimaiyyəti tərəfindən geniş şəkildə müzakirə edilir. Azərbaycanın qazandığı uğurlar bütün azərbaycanlılar üçün qürur mənbəyidir. O, beynəlxalq hüququn norma və prinsipləri, insan haqları, dövlətlərin ərazi bütövlüyü barədə fikirlərini bölüşüb.
Daha sonra çıxış edən hüquq elmləri doktoru, professor Kamil Səlimov deyib ki, Azərbaycanın müvafiq qurumları 1987-ci ildə Qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlərı araşdırır.
Konfransda Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi məsələlərin araşdırılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələr dinlənilib. Həmçinin indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunmasını əsas hədəf kimi bəyan etmiş Qayıdış Konsepsiyasının müddəalarının həyata keçirilməsini mümkün edən müasir beynəlxalq hüquqi alətlərdən istifadə yollarından danışılıb.
Tədbirdə QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri, tanınmış hüquqşünaslar və icma üzvləri də “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları”, “Qərbi Azərbaycana qayıdış yeni tarixi mərhələnin böyük başlanğıcı olacaq”, “Qayıdış Konsepsiyasının siyasi-hüquqi əhəmiyyəti”, “İnsan hüquqlarına hörmət beynəlxalq hüququn əsas normalarındandır... amma!”, "Qərbi Azərbaycan qadınlarının beynəlxalq hüquqda müdafiəsi” və sair mövzularda çıxış ediblər.



ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ
Milli Məclisin növbəti plenar iclası keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Azərbaycan Hava Yolları Atırauya ilk reysini uğurla həyata keçirib
Avqustun 18-də gözlənilən hava şəraiti
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya
Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
Əbədi musiqinin simvolu
General-mayor Abbasəli Ramazan oğlu Novruzovun vəfatı ilə bağlı nekroloq
Ağamalı Məmmədov: "Müslüm Maqomayevlə xəyali söhbətdən - Mən həmişəlik evimə qayıtdım"
Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir
Növbəti köç karvanı
Mustafa Çiftçi: " Türkiyənin təhlükəsizliyi naminə mübarizəmiz yorulmadan davam etdiriləcək"
Şəhid kapitan Həmidağa Hüseynzadənin doğum günü qeyd olunub

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?