lider-media.az

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Baxış sayı: 38 Tarix: 27-04-2024, 08:28

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Lider-media.az AZƏRTAC-a əsasən xəbər verir ki, buna səbəb Rusiyanın Böyük Britaniya ərazisində təşkil etdiyi pis niyyətli fəaliyyətlərlə bağlı iddialar olub.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Britaniya bu cür fəaliyyətlərdən narahatdır: "Böyük Britaniya Rusiyanın ölkə ərazisində təşkil etdiyi pis niyyətli fəaliyyətlə bağlı iddialardan, eləcə də Rusiya Federasiyasının digər suveren dövlətlərin ərazisində bu cür fəaliyyətə sponsorluq etməsi ilə bağlı göstərdiyi davranış nümunəsindən dərin narahatdır", - deyə məlumatda qeyd edilib.

Britaniya Rusiyanı bu fəaliyyəti dərhal dayandırmağa çağırıb. Qeyd olunub ki, Birləşmiş Krallıq müttəfiqləri ilə birgə Rusiyadan gələn təhdidlərin tam spektrinin qarşısını almaq və müdafiə etmək üçün işləməyə davam edəcək.

Qeyd edək ki, Londonda iki Britaniya vətəndaşı Rusiya kəşfiyyat xidmətlərinə kömək etməkdə və casusluqda ittiham olunur. Ötən ay Londonun şərqindəki anbarda baş verən yanğından sonra britaniyalı Dilan Erl və Ceyk Rivs barəsində araşdırma başlayıb. Dilan Erl biznesi hədəfəalma planına nəzarət etməkdə, həmçinin xarici kəşfiyyat xidmətinə yardım üçün şəxslər cəlb etməyə cəhddə, saxtakarlıq və yanğın törətməkdə ittiham olunur. Ceyk Rivs də pul müqabilində Rusiya kəşfiyyat xidmətinə kömək göstərməkdə təqsirli bilinir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi