lider-media.az

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Baxış sayı: 43 Tarix: 26-04-2024, 23:51

ABŞ Konqresi üzvlərinin ölkəmizə səfərə gəlmiş köməkçilərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

Dövlət Komitəsindən verilən məlumatda bildirilib ki, Komitənin sədr müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasəti, bu kateqoriyadan olan insanların üzləşdikləri problemlər və onların həlli istiqamətində görülən tədbirlər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə bağlı yaranmış vəziyyət, hazırda davam edən Böyük Qayıdış haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınlar və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların sosial, təhsil, səhiyyə, mədəniyyət məsələlərini daim diqqətə saxlayır, hər müraciətə xüsusi həssaslıqla yanaşır.

Məcburi köçkünlərin mütləq əksəriyyətinin doğma yurda qayıtmaq, orada daimi məskunlaşmaq və işləmək, həmin yerlərin yenidən dirçəldilməsinə töhfə vermək istədiyi vurğulanıb. Böyük Qayıdışın ilkin nəticələri Şərqi Zəngəzurda və Qarabağda həyatın tezliklə canlanacağına inam yaradır.

Görüşə dəvət edilmiş bir qrup məcburi köçkünün didərginlik hekayələrini qonaqlar maraqla dinləyib, onlarla həmsöhbət olublar. Məcburi köçkünlər sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa-quruculuq işlərindən razı qaldıqlarını və doğma yurda köçəcəkləri günü səbirsizliklə gözlədiklərini bildirib, onların fikir və duyğularını amerikalı konqresmenlərə çatdırmağı xahiş ediblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi