lider-media.az

Umayra Tağıyeva: Xarici gənclərin iqlim dəyişiklikləri ilə bağlı fikirlərinin COP29-a ev sahibliyi edən Bakıda səslənməsi əhəmiyyətli hadisədir

Baxış: 332 Tarix: 29-01-2024, 12:39



Bu gün Türkiyə, İran, Rusiya, Belarus, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Rumıniya, Amerikanın mütərəqqi gənclərinin iqlim dəyişiklikləri ilə mübarizədə səylərini əks etdirən fikirləri COP29-a ev sahibliyi edən Bakı şəhərində səslənir. Bu, çox böyük və əhəmiyyətli bir hadisədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva yanvarın 29-da keçirilən “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.

U.Tağıyeva bildirib ki, Azərbaycanda iqlim dəyişikliklərinin həlli üçün həyata keçirilən irimiqyaslı tədbirlər və beynəlxalq səylərə töhfə vermək planları günün aktual mövzularındandır. Bu gün təşkil olunan “Baku Decides” Gənclərin I İqlim Danışıqları” beynəlxalq konfransında mühüm məsələlərə toxunulacaq, gənclərin ideyaları əsasında həllər yolu müzakirəyə çevriləcək: “Konfransın təşkilinə görə burada iştirak edən bütün qonaqları, digər ölkələrdən gələn nümayəndələri salamlayır, tədbirin gedişatına uğurlar arzulayıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi