Lider-media.az "Report"un məlumatına istinadən xəbər verir ki, konfransda Azərbaycandan olan QHT sədri – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Fariz Xəlilli geniş məruzə və təqdimatla çıxış edib.
Fariz Xəlilli Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal altında saxlandığı dövrdə Qarabağ və Şərqi Zəngəzurda 600-dən çox qəbristanlığın dağıdıldığını, məzarların uçurulduğunu, bir çox qəbirlərin açılaraq içərisində qızıl diş axtarıldığını, daşlarının oğurlandığını qeyd edib.
O, azad edilmiş ərazilərdə bir sıra məzarlıqlarda şəxsən monitorinqlər apardığını, bu barədə hesabat hazırladığını bildirib. Fariz Xəlilli diqqətə çatdırıb ki, Kəlbəcərdə - Ağdaban qəbiristanlığında UNESCO siyahısında olan aşıq sənətinin məşhur nümayəndəsi Aşıq Qurban Ağdabanlının, Aşıq Şəmşirin məzarları da işğal dövründə dağıdılıb.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri son vaxtlar Qarabağda və Şərqi Zəngəzurda kütləvi məzarlıqların aşkarlandığını qeyd edib. O, bütün bunların müharibə cinayətləri olduğunu bildirib: “Birinci Qarabağ müharibəsində 4000 nəfərdən çox azərbaycanlı itkin düşüb. Onlar haqqında Ermənistan dövləti hər hansı ümidverici informasiya vermir. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra azad olunan torpaqlarda minaların təmizlənməsi ilə yanaşı, mümkün kütləvi məzarlıqları da həssaslıqla izləyir... 2024-cü ilin mart ayına qədər Qarabağda 16 kütləvi məzarlıq aşkar olunub. Hələlik sonuncu kütləvi məzarlıq 2024-cü ilin fevral ayında Xocalı şəhərində aşkar olunub... təkcə 1992-ci ildəki Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin ümumi sayı 196 nəfərdir”.
O, Avropanın Əlamətdar Məzarlıqlar Assosiasiyasını və beynəlxalq konfransda ABŞ, Böyük Britaniya, İsveçrə, Yunanıstan, İtaliya, Rumıniya, İsveç, Çexiya, Yaponiya, Hindistan, Xorvatiya və digər ölkələrdən olan məzarlıq üzrə alim və tədqiqatçıları bu mühüm faktlara diqqət yetirməyə çağırıb.


İlham Əliyevin andiçmə mərasimi keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Milli Məclisin növbəti plenar iclası keçirilib
Baş Prokurorluqda “Prokurorluq orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair” Geniş Kollegiya iclası keçirilib
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər