lider-media.az

Zakir Həsənovun İordaniyaya rəsmi səfəri davam edir

Baxış: 114 Tarix: 14-04-2024, 18:23

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzində olub.

Müdafiə Nazirliyindən Lider-media.az-a bildirilib ki, mərkəzdə Baş direktor polkovnik Nael Alşqirat ilə görüş keçirilib, bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

General-polkovnik Z.Həsənov Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzi ilə tanış olub. Müdafiə nazirinə mərkəzin əsas fəaliyyət istiqaməti və burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Müdafiə naziri daha sonra Kral Hərbi Hava Qüvvələri Komandanlığına gəlib.

General-polkovnik Zakir Həsənov burada İordaniyanın Kral Hərbi Hava Qüvvələri Komandanı general-mayor Məhəmməd Hyasat ilə görüşüb.

Görüşdə hərbi, hərbi təhsil və hərbi texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi