lider-media.az

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verəcək

Baxış: 612 Tarix: 11-04-2024, 11:30

ABŞ Ermənistana zirehli "Təcili yardım" maşınları verməyi planlaşdırır.

Lider-media.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn “Azututyun” radiosuna müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın hərbi sahədə ehtiyacları ilə bağlı müzakirələr davam edir: “Artıq bir sıra məsələlərlə bağlı razılaşmalar var. Həmin razılaşmalarda zirehli "Təcili yardım" maşınlarının Ermənistana verilməsi də var. Həmin maşınlarda daşınan insanlar müdafiə olunacaqlar”.

Səfir vurğulayıb ki, artıq bu məsələnin həlli ilə bağlı razılıq var və hazırda onun həyata keçirilməsi istiqamətində iş aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi