lider-media.az

Baş nazir Əli Əsədov Konqo Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb

Baxış: 137 Tarix: 4-04-2024, 17:40

Baş nazir Əli Əsədov Konqo Prezidenti Deni Sassu-Nqesso ilə görüşübAprelin 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.

Görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Eyni zamanda, səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi