lider-media.az

Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır

Baxış: 410 Tarix: 27-03-2024, 18:34

Aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı, təbii ki, regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir, uzun müddətdir davam edən ikili standartların, qərəzli yanaşmaların bilavasitə davamıdır. Ümumiyyətlə, bütün proseslərin sülhə doğru istiqamət aldığı bir məqamda Avropa İttifaqı və ABŞ-ın xoş olmayan belə bir məramı, sözsüz ki, başadüşülən deyil. Əslində onlar nümayiş etdirdikləri belə tərzlərlə regionda sülh prosesini əngəlləyirlər.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Əgər istər Avropa İttifaqının, istərsə də ABŞ-ın bu məsələdə niyyəti təmizdirsə, daha yaxşı olar ki, ilk dəfə Azərbaycanın ortaya atdığı ədalətli sülh prosesini dəstəkləsinlər, eləcə də Ermənistanı buna sövq etsinlər. Amma, təəssüflər olsun ki, belə pozucu, bölücü addımlar yalnız gərginliyə səbəb olur, münasibətlərin normallaşmasına maneə törədir. Həmçinin 30 il davam etmiş münaqişə dövründə əsasən susqunluğu ilə yadda qalan, hər şeyi Minski qrupunun üzərinə atan dövlətlərin və təşkilatların bu gün əl-ayağa düşməsi də maraq doğurur. Əgər bu məsələdən bugünkü qədər narahatlıq keçirirdinizsə, bəs niyə 30 il ərzində əlinizdə hər cür imkan, eləcə də BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi ola-ola bir iş görmədiniz?! Sizin bu işdə nə qədər “ədalətli” olduğunuz bu rakursdan daha aydın görünür”, - deyə AHİK sədri bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi