lider-media.az

Azərbaycan güləşçisi: Bakıdakı yarışda Olimpiya lisenziyası qazanmağa çalışacağam

Tarix: 27-03-2024, 13:46

“Bakıda çox gərgin mübarizə olacaq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə göstərək”.

Bu sözləriaçıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turniri barədə danışarkən deyib.

87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarışa hazırlıq prosesi yekunlaşmaq üzrədir: “Ötən gün səhərdən-axşama kimi individual görüşlər keçirdik. Artıq çəkisalma prosesinə start vermişik. Təlim-məşq toplanışlarımız da başa çatıb. İndi əsasən səhvlərimiz üzərində işləyir, rəqiblərimizi analiz edirik”.

İ.Abbasov yarışın doğma divarlar arasında keçirilməsinin üstünlüyündən bəhs edib: “Turnirin Vətəndə baş tutması azarkeşlərin dəstəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, iqlim dəyişikliyi ilə bağlı problem yaşamayacağıq. Uzun məsafə qət etməyəcəyik və əlavə yorğunluq da olmayacaq”.

28 yaşlı güləşçi iddialı rəqiblərlə üz-üzə gələcəyini, lakin bundan çəkinmədiyini diqqətə çatdırıb: “Avropanın ən güclü idmançıları lisenziya əldə etmək üçün ölkəmizə gələcəklər. Mənim çəkimdə 7-8 təhlükəli idmançı var. Hamımız həvəsliyik. Əminəm ki, heç kim zəif çıxış nümayiş etdirməyəcək. Hər kəs var gücü ilə mübarizə aparacaq. Ona görə də həm psixoloji, həm də fiziki olaraq hazırlıqlı olmaq lazımdır. Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında şansımı əldən verdim, lisenziya qazanmaq alınmadı. Amma bu dəfə çalışacağam ki, istəyimə çatım”.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-də Milli Gimnastika Arenasında reallaşacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi