lider-media.az

Azərbaycan badmintonçusu: Bakıda gərgin və rəqabətli yarış olacaq

Baxış: 157 Tarix: 6-02-2024, 12:54


"Evdə oynamaq çox gözəl hissdir. Burada təlim-məşq toplanışı üçün əla şərait var".

AZƏRTAC xəbər verir ki, bu sözləri badminton üzrə Azərbaycan millisinin üzvü Edi Reski Dviçayo Bakıda “Azerbaijan International 2024” yarışına hazırlıq məqsədilə keçirilən təlim-məşq toplanışı barədə jurnalistlərə açıqlamasında deyib.

Tailand əsilli idmançı bildirib ki, turnirdə 49 ölkənin ən güclüləri mübarizə aparacaqlar: "Buna görə də gərgin və rəqabətli yarış olacaq. İnanıram ki, yarımfinala kimi gedərək öz gücümü göstərə biləcəyəm. Bir müddət öncə zədələnmişdim, amma indi hər şey qaydasındadır və yarışa komanda olaraq hamımız hazırıq".

Hazırda Olimpiya reytinq sıralamasında 26-cı olduğunu xatırladan badmintonçu əlavə edib: "Bakıdakı yarış reytinq xalları qazanmaq baxımından çox əhəmiyyətlidir. Qalib idmançı “Paris-2024” Yay Olimpiya Oyunlarına 4500 xal əldə edəcək. Olimpiadaya hələ 5 ay vaxt var. Hazırlıqlarımız yüksək səviyyədə davam edərsə, çoxlu reytinq xalı toplaya bilərəm. İnanıram ki, ən yaxşısını edəcəyəm".

Qeyd edək ki, “Azerbaijan International 2024” yarışı fevralın 8-11-də Bakı İdman Sarayında baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi