lider-media.az

11 taekvondoçumuz beynəlxalq turnirdə iştirak edəcək

Baxış: 469 Tarix: 1-02-2024, 17:29


Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, G2 kateqoriyalı yarışda ölkəmizi 11 idmançı təmsil edəcək.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kiloqram), Cavad Ağayev (74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Milad Beigi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kiloqram) şans verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kiloqram), Səidə Əliyeva (57 kiloqram) və Fatimə Məcidovanı (67 kiloqram) yoxlayacaq.

Fevralın 2-də səfərə yollanacaq komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi