lider-media.az

İran və Qətər XİN başçıları Qəzzada əldə olunan atəşkəsi müzakirə edib

Baxış: 136 Tarix: 17-01-2025, 09:51

İran və Qətərin xarici işlər nazirləri arasında telefon danışığında Qəzza zolağında atəşkəs razılaşması da daxil olmaqla regionda baş verən son hadisələr müzakirə edilib.

Lider-media.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran XİN başçısı Abbas Əraqçi və qətərli həmkarı Şeyx Məhəmməd bin Abdulrəhman bin Cassim əl Tani tərəfləri qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

İranlı nazir atəşkəslə bağlı əldə olunan razılaşmanı yüksək qiymətləndirib.

Əl Tani həmkarını atəşkəslə bağlı danışıqların gedişi barədə məlumatlandırıb.

Qeyd edək ki, yanvarın 15-də ABŞ, Misir və Qətərin iştirakı ilə Qəzza zolağında atəşkəsə dair HƏMAS-la İsrail arasında razılaşma əldə olunub. Bu rejim yanvarın 19-da qüvvəyə minəcək və 42 gün sürəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi