lider-media.az

"Crocus City Hall" mərkəzində terror aktı nəticəsində ölənlərin sayı 139-a çatıb

Baxış: 315 Tarix: 26-03-2024, 00:11

“Crocus City Hall” mərkəzində terror aktı nəticəsində ölənlərin sayı 139-a çatıb

“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb.

Lider-media.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Prezident Vladimir Putinin terror aktı ilə əlaqədar keçirdiyi müşavirədə məlumat verib.

O bildirib ki, faciə zamanı ölənlərin sayı 139 nəfərə çatıb. Onlardan 40-ı odlu silahdan aldıqları xəsarət nəticəsində, 45-i isə yanğında həlak olub

Bastrıkinin sözlərinə görə, ölənlərdən 75 nəfərin kimliyi müəyyən edilib.

Rusiya hökuməti sədrinin müavini Tatyana Qolikova terror aktı zamanı xəsarət almış 52 nəfərin xəstəxanadan buraxıldığını, 93 nəfərin, o cümlədən 5 uşağın hazırda müalicəsini davam etdirdiyini deyib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi