lider-media.az

Ərdoğan: Türkiyə terrorla mübarizədə Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır

Baxış: 498 Tarix: 23-03-2024, 22:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Danışıq zamanı Prezident Ərdoğan Moskvada baş verən terror aktı ilə bağlı dərin kədər hissi keçirdiklərini bildirərək, Rusiya Prezidentinə başsağlığı verib.

Prezident Ərdoğan günahsız insanları vəhşicəsinə hədəfə alan mənfur terror aktını ən sərt şəkildə qınayaraq, Rusiya xalqına səbr diləyib.

Türkiyə Prezidenti baş verən hücumun bölgədəki böhranlara ən qısa zamanda sülh yolu ilə son qoyulmasının vacibliyini ortaya qoyduğunu, ölkəsinin terrorla mübarizə sahəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi