lider-media.az

Argentina Prezidenti: İkitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək üçün səylə işləməkdə davam edəcəyəm

Baxış: 1 087 Tarix: 23-03-2024, 22:31

Argentina Azərbaycan ilə ikitərəfli əməkdaşlığı və iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdır.

Bunu Argentina Prezidenti Xavyer Miley yenidən dövlət başçısı seçilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda bildirib.

“Bu yaxınlarda ölkələrimizin xarici işlər nazirləri arasında ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən olduqca məhsuldar telefon danışığının baş tutması məni çox məmnun etmişdir.

Əlaqələrimizin özülünü təşkil edən dostluq və hörmət prinsiplərinə əsaslanaraq, ölkələrimizin rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədilə səylə işləməkdə davam edəcəyimi bir daha vurğulamaq istəyirəm”, - deyə o, təbrik məktubunda qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi