lider-media.az

Almaniya Bundesliqası: “Bavariya” doğma meydanda qələbəyə sevinib

Baxış: 138 Tarix: 25-01-2024, 09:33

Futbol üzrə Almaniya Bundesliqasında XVIII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son matçında "Bavariya" doğma meydanda "Union"u (Berlin) qəbul edib.

Görüş Münhen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 46-cı dəqiqədə Rafael Qerreyru vurub.

Qeyd edək ki, turnir cədvəlinə 48 xalla Leverkuzenin "Bayer"i başçılıq edir. "Bavariya" 44 xalla 2-cidir. 34 xalla "Ştutqart" 3-cü, 33 xalla "Leyptsiq" isə beşinci pillədə qərarlaşıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi