lider-media.az

Avropanın ən gəlirli futbol klubu müəyyənləşib

Baxış: 177 Tarix: 25-01-2024, 09:31

“Deloitte” beynəlxalq konsaltinq şirkəti 2022/23 mövsümünün nəticələrinə əsasən ən gəlirli Avropa klublarının reytinqini tərtib edib.

AZƏRTAC xəbər verir ki, reytinq cədvəlinə "Real Madrid" (831 milyon avro) başçılıq edir. İkinci yerdə İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi "Mançester Siti" (826 milyon) qərarlaşıb. Paris Sen-Jermen (802 milyon) üçüncü yeri tutub.

Avropanın ən yaxşı 20 klubunun gəlirləri rekord oyun günü və reklam gəlirləri də daxil olmaqla 14 faiz artaraq 10,5 milyard avroya çatıb. Kommersiya gəlirləri 2015/16-cı ildən bəri ilk dəfə olaraq yayım gəlirlərini üstələyərək ən böyük qazanc mənbəyinə çevrilib.

Ən gəlirli klublar onluğuna, həmçinin “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), London “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) daxildir.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi