lider-media.az

Gürcü politoloq: İrakli Kobaxidzenin Bakıya səfəri Gürcüstan Azərbaycan dostluğunun növbəti nümunəsidir

Baxış: 112 Tarix: 19-03-2024, 22:21

İrakli Kobaxidzenin Baş nazir kimi region ölkələri arasında ilk olaraq Bakıya səfər etməsi Gürcüstanın Azərbaycanla əməkdaşlığının, strateji tərəfdaşlığının göstəricisidir. Biz Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək səviyyədə davam etdiririk və inamla deyə bilərik ki, bu görüşdən sonra da əlaqələrimiz yeni müstəviyə qədəm qoyur. Əsas odur ki, bu əlaqələr möhkəmlənir, bütün mövzularda və istiqamətlərdə qarşılıqlı olaraq dəstəklənir.

Bu sözləri açıqlamasında gürcü politoloq, professor Badri Naşkebia söyləyib.

Bu günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünü xatırladan professor bu üç ölkənin əməkdaşlığının qarşıdakı illərdə təkcə onların deyil, bütün regionun inkişafına təkan verəcəyinə inandığını bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberin səfərini şərh edən politoloq deyib ki, Ukraynada hazırda çox çətin vəziyyət yaranıb. Biz bu müharibədə NATO-Rusiya münasibətlərindəki gərginliyin şahidi oluruq və düşünürəm ki, bu, yeni müstəviyə də keçə bilər. Buna görə də Stoltenberq regiona gəlməklə təhlükəsizlik baxımından öz dəstəyini nümayiş etdirdi. Çünki bizim region olduqca mühüm əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, NATO rəsmisinin İrəvana səfəri, eyni zamanda, sülh müqaviləsinin imzalanması istiqamətində prosesi sürətləndirəcək. Çünki Qərb Azərbaycan ilə Ermənistan arasında sülh yaranmasında maraqlıdır və NATO da bu istiqamətdə öz töhfəsini verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi