lider-media.az

Prokurorluq əməkdaşı regionlararası təlimdə iştirak edib

Baxış: 144 Tarix: 17-12-2024, 19:12

  Cari il 10-12 dekabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində BMT-nin Narkotiklər və Cinayət üzrə İdarəsi (UNODC) Cinayət Şəbəkəsinin Qarşısının alınması üzrə Qlobal Proqramı (GPCD) və Sərhəd İdarəetmə Sektorunun Sərnişin və Yük Daşımalara Nəzarət Qlobal Proqramının (PCCP) birgə təşkilatçılığı ilə təlim keçirilib.

  Sərnişin və Yük Sərhəd Komandası/Qlobal Konteyner Nəzarət Proqramı (PCBT/CCP) tərəfindən Gömrük Orqanları və Liman Nəzarət Bölmələrinin Regionlararası Şəbəkəsində (İREN) iştirak edən ölkələrin (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan) səlahiyyətli qurumları (gömrük, hüquq mühafizə və prokurorluq) üçün keçirilən ikinci regionlararası təlim “Narkotiklərin dövriyyəsi şəbəkələrinin planlaşdırılmasının qarşısının alınması” mövzusunda olub.

  Təlimdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu qurumun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Məmməd Məmmədov təmsil edib.

  Təlimdə beynəlxalq narkotrafiklə məşğul olan mütəşəkkil cinayətkar qrupların fəaliyyəti, istifadə etdikləri üsul, alət və vasitələr, həmçinin gömrük və digər əlaqəli dövlət xidmətlərinin preventiv imkanları, o cümlədən beynəlxalq məlumat mübadiləsi sistemləri təhlil edilib, bu sahədə mübarizənin effektivliyinin artırılmasına kömək edə biləcək nəzəri analitik yanaşma metodları nümayiş olunub və müvafiq praktiki məşğələlər keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi