lider-media.az

BMT-nin sabiq xüsusi elçisi: Miqrasiyaya səbəb olan ən başlıca amil silahlı münaqişələrdir

Baxış: 607 Tarix: 16-03-2024, 12:59

Bizi narahat edən əsas məsələlərdən biri miqrasiyadır. Cənubda əhali Şimalla müqayisədə daha acizdir. Burada dərin miqrasiyaya səbəb olan amillər var. Həmin amillərin ən başlıcası silahlı münaqişələr, müharibələrdir.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının Somali üzrə sabiq xüsusi elçisi, Mavritaniyanın keçmiş xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmedou Ould-Abdallah XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclasında deyib.

“Kənar müdaxilələr problemi daha da alovlandırır ki, bu da miqrasiyaya səbəb olur. İnsanlar daha yaxşı məkanlara köçmək məcburiyyətində qalırlar. Hazırda 100 milyon miqrant və köçkün var. Bu da yerli hökumətlər tərəfindən idarə olunmalıdır ki, onların təhlükəsizliyi təmin edilsin. Onlar köçkün olaraq daha ağır həyata məruz qalırlar. Miqrantlar işsiz qaldıqlarına görə mütəşəkkil cinayətkarların hədəfi olurlar”, - deyə o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi