Lider-media.az xəbər verir ki, mətbubda BTQ-nin icraçı direktoru Abbas Abbasov Müqəddəs Papa Fransisk Apostolikə Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün müraciət edib.
Abbas Abbasovun məktubunda bildirilir ki, Papanın sülh, ədalət və bütün xalqların ləyaqətinə daim göstərdiyi sarsılmaz dəstək yüksək qiymətləndirilir:
"Mən, 2023-cü ilin iyul ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısı çərçivəsində təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru kimi sizə bu məktubu yazmaq şərəfinə nail olmuşam. Qeyd etmək istərdim ki, təşkilatın əsas məqsədi dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır.
Təsisçilər tərəfindən QH-nin nizamnaməsində qeyd edilir: “Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir".
Məktubda vurğulanıb ki, BTQ, hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır:
"Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur.
BTQ-nin Qoşulmama Hərəkatı çərçivəsində yaradılması təsadüfi hadisə deyil. Əksinə, bu, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda QH "Troyka"sının üzvü olaraq Azərbaycanın fəal iştirak və töhfəsinin məntiqi davamıdır".
Abbas Abbasov Papaya müraciətində söyləyib ki, beynəlxalq hüquqa əsaslanan fəaliyyəti nəticəsində BTQ, BMT qərargahları daxil olmaqla dünyanın müxtəlif ölkələrində təxminən 20-ə yaxın beynəlxalq konfrans təşkil edib:
"Noyabrın 11-dən 22-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BTQ xüsusilə öz aktivliyi ilə seçilib. Müasir dünyada müstəmləkəçilik və neo-müstəmləkəçilik təcrübələrini qınayan təxminən 10 tədbir təşkil edilib. Tədbirlərdə Korsika, Kanaki (Yeni Kaledoniya), Martinik, Fransız Qvianası, Qvadelup, Boneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı böyük töhfə verib.
Sizin dekolonizasiya prosesinə göstərdiyiniz diqqət beynəlxalq ictimaiyyətə məlumdur. 30-31 mart tarixlərində Vatikan şəhərində keçirilmiş “Müstəmləkəçilik, Dekolonizasiya və Yeni-Müstəmləkəçilik: Sosial Ədalət və Ümumi Rifah Perspektivi” adlı forumda söylədiyiniz sözlər çox təsirli idi: “Xalqların güc vasitəsilə və ya mədəni və siyasi nüfuzla əsarət altına alınması və istismarı cinayətdir”.
BTQ sədrinin sözlərinə görə, dekabrın 15-də Roma Papasının Korsikaya planlaşdırılan səfəri barədə bu yaxınlarda xəbər tutub:
"Kardinal Fransua-Xavier Bustillonun dediyi kimi "Korsika katolik dini ənənəsini qoruyub saxlamış bir torpaqdır," və bu xalq müasir idarəetmə dinamikaları qarşısında öz unikal kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq üçün uzun müddətdir mübarizə aparmaqda davam edir.
Korsikanın tarixi onun dilində, adət-ənənələrində və fərqli irsində təcəssüm olunan mədəni zənginliklərlə doludur. Lakin xarici hökmranlıq çox vaxt xalqın öz milli kimliyini və suverenliyini qoruyub saxlamaq səylərinə maneə törədir. Bu yaxınlarda Korsika xalqı hətta Korsika Assambleyasına adanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb edən müraciət də təqdim etmişdir. Bundan başqa, 19 noyabr 2024-cü ildə Marsel İnzibati Apelyasiya Məhkəməsinin qadağa qərarından sonra Korsika yenidən öz dilində danışmaq hüququndan məhrum edilib".
Dekolonizasiyanın təkcə siyasi proses olmadığını vurğulayan təşkilat sədri bildirib ki, bu, bütün xalqlar üçün Allahın bəxş etdiyi ədalətin bərpasına doğru əxlaqi və mənəvi bir yoldur:
"Adaya səfəriniz zamanı Korsikadakı vəziyyəti nəzərə almanızı xahiş edirəm. İnanıram ki, sizin varlığınız təkcə Korsika xalqına deyil, həm də müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara ümid işığı olacaqdır.
Kilsəyə rəhbərlik etdiyiniz bu çətin dövrlərdə Allahın hikməti və lütfü sizinlə olsun".






Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Türkiyədə yayın ən dadlı ünvanı: bol çeşidli süfrələr
Kənd Təsərrüfatı Nazirliyi üzrə 237 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edilib
Baş prokuror Qubada vətəndaşları qəbul edib
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edəcək
İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yanvar–iyul aylarında DSMF 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və təqaüd ödəyib
Qusarda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Bootcamp keçirilib
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Avqustun 19-da gözlənilən hava şəraiti
Baş nazir qərar imzaladı
Mətbuat Şurasından Rusiya mediasına XƏBƏRDARLIQ
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
Nazir Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək
Dövlət Sərhəd Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
Yanvar-iyul aylarında pensiyalara 426 milyon manat çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Ərdoğanla Tramp telefonla danışıb
Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?