lider-media.az

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktorunun ölkəmizə səfəri başa çatıb

Baxış: 228 Tarix: 14-03-2024, 19:05

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı Direktoru Yanne Holst-Hübner ölkəmizdə işgüzar səfərdədir.

Səfər çərçivəsində İcraçı Direktor Naxçıvan şəhərində olub, Heydər Əliyev muzeyini ziyarət edib, ümummilli liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olub. Qonaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti ilə tanış olaraq gənc prokurorluq əməkdaşları ilə görüş keçirib.

2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin iclası keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.

Yanne Holst-Hübnerin ölkəmizə işgüzar səfəri başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi