Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.Uzunluğu 65.7 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir.

I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26.5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanıb, asfalt-beton örtüyünün alt qatı döşənib. Yolun layihə üzrə nəzərdə tutulan və 0.2, 5.6, 12 və 39-cu kilometrlik hissələrdə yerləşən 4 körpünün tikintisi, 63 və 65-ci kilometrlik hissələrdə isə yolötürücülərinin inşası yekunlaşıb. Hazırda layihə boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir. Ümumilikdə layihə üzrə tikinti işləri 82% icra olunub.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilibBərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Lider-Media.az

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?