lider-media.az

Putin: Rusiyanın suverenliyi təhlükə ilə üzləşərsə, nüvə silahından istifadə edilə bilər

Baxış: 660 Tarix: 13-03-2024, 11:29

Rusiyanın dövlətçiliyinə, suverenliyinə və ya müstəqilliyinə təhlükə yaranacağı təqdirdə Moskva nüvə silahından istifadə etməyə hazırdır.

Prezident Vladimir Putin bunu Rusiya dövlət televiziyasına müsahibəsində deyib.

O, həmçinin ABŞ-ın nüvə müharibəsinə səbəb ola biləcək hər hansı eskalasiyadan qaçacağını güman etdiyini, lakin RF-in istənilən ssenariyə hazır olduğunu vurğulayıb. Rusiyanın dövlət başçısı hazırda Ukraynada nüvə silahından istifadəyə ehtiyac olmadığını bildirib.

Vladimir Putinin sözlərinə görə, Moskva Ukraynada öz məqsədlərinə çatacağına əmindir. Rusiya prezidenti, eyni zamanda, danışıqlara hazır olduğunu və istənilən sövdələşmədə Qərbdən ciddi təminat tələb edəcəyini deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi