lider-media.az

Ceyhun Bayramov yeni səfiri qəbul edib

Baxış: 155 Tarix: 29-11-2024, 14:56

Küveytin Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyri xarici işlər naziri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib.XİN-dən verilən məlumata görə, nazir cari ildə Azərbaycanın Küveytlə diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırıb.

Görüşdə regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb.Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi