Lider-Media.az xəbər verir ki,bu gün 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından Bolsulu qəsəbə sakini Qasımov Faiq Mail oğlunun şəhadətinin 4-cü ildönümü və doğum günü doğulduğu evində, ata ocağında qeyd edilib.
Beyləqan RİH başçı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH nümayəndələri şəhidin xatirəsinə keçirilən mərasimdə iştirak ediblər.Beyləqan RİH başçısı Əziz Əzizov şəhidin yaxınlarına dərin hüznlə baş sağlığı verərək Müzəffər Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun Faiq kimi hər bir zabiti, qəhrəmanı var olduqca vətənimizin bölünməz, suveren olacağını, torpaqlarımızın bir qarışının belə düşmən tapdağında qalmayacağını diqqətə çatdırıb.Rayon rəhbəri şəhid Faiqi böyüdən valideynlərinə təşəkkür edib və onların övladları ilə bütün Azərbaycanın fəxr etdiyini, buna görə də xatirəsinin daim uca tutulacağını vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya, şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib.