lider-media.az

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: İqlim dəyişmələri dünyanın, insanlığın ən böyük problemlərindən biridir

Baxış: 158 Tarix: 15-11-2024, 18:02

  Qardaş Azərbaycanın COP29 çərçivəsində belə bir tədbiri keçirməsi çox qürurvericidir. Bu konfrans qardaş ölkə Azərbaycanın dünyaya tanıdılmasında böyük rol oynayır.

  Bunu jurnalistlərə müsahibəsində COP29-da iştirak edən Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk deyib.

  M.Şentürk iqlim dəyişmələrində 50-60 il öncə problemlərin olmadığını deyərək qeyd edib: "Amma indi iqlim dəyişmələri dünyanın, insanlığın ən böyük problemlərindən biridir. Bu günlərdə İspaniyada baş verən sel fəlakəti nəticəsində 300 nəfər dünyasını dəyişdi. Həqiqətən də get-gedə qlobal temperaturu artan, quraqlaşan dünyanı müşahidə edirik. Yağışlar şiddətli və lokal şəkildə yağır. Sel fəlakətləri baş verir. İqlim dəyişmələri insan hüquqları probleminə çevrilib. Bu problemlərin müzakirə olunduğu COP29 konfransının əhəmiyyətini yüksək qiymətləndirirəm. Bu məsələdə hüquq mübarizə metodu kimi istifadə edilə bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi