lider-media.az

BMT əfqan qadınların cəmiyyətə inteqrasiyasının zəruriliyini vurğulayıb

Tarix: 7-03-2024, 12:06

BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayeva bu təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib ki, əfqan qadınların təhsil hüququnun təmin edilməsi və onların cəmiyyətə tam inteqrasiyası zəruri və aktual məsələdir.

Roza Otunbayeva Əfqanıstan üzrə xüsusi elçilərin ötən ay Qətərin paytaxtı Dohada keçirilən ikinci görüşünü xatırladıb. O bildirib ki, bu görüşdə müzakirə edilən məsələlərlə bağlı qəbul olunmuş qərarlar əfqan xalqı və xüsusilə də Əfqanıstan qadınları üçün onların ehtiyac və hüquqlarının təmin edilməsi baxımından mühüm siqnaldır.

BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəhbəri kimi öz vəzifəsi çərçivəsində müşahidə olunan “müxtəlif mənfi tendensiyalardan” narahatlığını ifadə edən Otunbayeva “qadınların və qızların təhsil və çalışmaq imkanlarının məhdudlaşdırılması, habelə onların bir çox parametrlər üzrə cəmiyyətdən təcrid edilməsini pisləyib. Onun sözlərinə görə, bu həyat tərzi onların əqli və fiziki sağlamlığına, yaşayış vasitələrinə böyük ziyan vurub”.

Əfqanıstanda qadınların çoxunun “ictimai yerlərdə hərəkət etməkdən qorxduğunu” deyən xüsusi nümayəndə, eyni zamanda, Taliban hakimiyyətini ictimai yerlərdə onlara qarşı tətbiq edilən məhdudiyyətləri ləğv etməyə çağırıb. Otunbayeva qeyd edib ki, “Əfqanıstan onilliklər ərzində beynəlxalq ictimaiyyət üçün problem və qlobal qeyri-sabitliyin mənbəyi olub”. O, Əfqanıstanda indi mövcud olan nisbi sabitliyi yüksək qiymətləndirib. Otunbayeva vurğulayıb ki, insan hüquqları və qadınların cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlər həll edilməsə, Əfqanıstanda uzunmüddətli sabitliyə nail olmaq mümkün deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi