lider-media.az

Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans olduğunu bildirib

Baxış: 532 Tarix: 28-10-2024, 21:33

Ərdoğan Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans olduğunu bildirib

“Qarabağın 30 illik işğaldan azad edilməsi ilə Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans yaranıb”.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara “qardaş Azərbaycanın və Ermənistanın səmimi addımlarını” diqqətlə izləyir: "Biz ümid edirik ki, ən tez zamanda yaxşı xəbərlər alacağıq", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti əmin edib ki, Ankara bundan sonra da Azərbaycandan olan qardaşları ilə addımlarını əlaqələndirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi