lider-media.az

Ceyhun Bayramov MDB XİN başçılarını COP29-a hazırlıq barədə məlumatlandırıb

Baxış: 333 Tarix: 7-10-2024, 14:16

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə məlumat verib. Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında gündəlikdəki məsələləri, eləcə də gələcək üçün planları və əməkdaşlıq perspektivlərini müzakirə etdik. Həmkarlarımı Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıqla bağlı da məlumatlandırdım”, - paylaşımda bildirilib.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi