lider-media.az

Rusiya xarici kəşfiyyat idarəsinin sədri niyə Azərbaycana gəlib? Ekspert açıqladı

Tarix: 3-10-2024, 17:14

 

“Qərb kəşfiyyat rəhbərlərinin Bakıya səfərindən sonra, Rusiya xarici kəşfiyyat idarəsinin sədri S. Narışkin Bakıya gəlib. Ötən ay isə Böyük Britaniyanın Mİ6 rəhbəri Bakıya gəlmişdi”.

Lider-media.az xəbər verir ki, bu fikri siyasi ekspert Məhəmməd Əsədullazadə öz “Facebook” sosial şəbəkəsində yayımlayıb.

O bildirib ki, Rusiya xarici kəşfiyyat idarəsinin sədrinin səfəri regionda gedən siyasi-hərbi proseslərlə bağlı ola bilər. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivləri, Rusiyanın burada hansı rol alacağı əsas müzakirə predmeti ola bilər.

“Azərbaycandan tam təminat alınması və Zəngəzur dəhlizi ilə bağlı məsələ ortadadir. Rusiya bu yola nəzarət etmək istəyir. İsrail-İran arasında kəskinləşən siyasi-hərbi böhran Rusiyanı narahat edir. Əsasən İran ətrafında proseslər və Tehranın anti-Azərbaycan siyasəti, Şimal-cənub nəqliyyat dəhlizi Rusiyanın maraqlandıran əsas məsələlərdi”.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda aparıcı və açar ölkədir. Qərbdə, Rusiya da Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istiqamətində siyasət ortaya qoyublar. Azərbaycan burada çevik şəkildə öz milli maraqlarını təmin edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi