lider-media.az

Omaro Kolaqo: “Fransanın neokolonialist siyasətinə görə nə mədəniyyətimiz var, nə də iqtisadiyyatımız”

Baxış: 332 Tarix: 3-10-2024, 13:24

 


“Afrikalılar neokolonializm əsarətində olduqları illərdə nə iqtisadiyyatları, nə də mədəniyyətlərinin inkişafına imkan verilməyib”.

Lider-media.az xəbər verir ki,  bunu Birkina-Fasonun nümayəndəsi Omaro Kolaqo “Afrikada Fransanın Neokolonializm siyasəti”nə həsr olunmuş beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, mədəniyyəti olmayan cəmiyyətin inkişafı əsla düşünülə bilməz. Afrikalıların heç özünü və inkişafı haqqında düşünməyə imkan verilməyib. Fransız hakimiyyəti ekologiyanı, mədəniyyəti məhv edib. Lakin heç kim unutmasın ki, bizim güclü insanımız və ordumuz var. Biz neokolonializmlə sonuna qədər mübarizə aparacıq.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi